Sumqayıt Texnologiyalar Parkında Dezinfeksiya Tunelinin hazırlanmasına başlanılıb.
Dezinfeksiya Tuneli tam avtomat rejimdə çalışır. İnsanlar tuneldən keçdikdə hərəkət sensorları sistemi işə salır və qısa müddət ərzində dezinfeksiya məhlulu ilə insanın üzərinə toxunmadan tam dezinfeksiya edilir.
Dezinfeksiya məhlulu buxar şəklində püskürdüldüyü üçün insanın geyimini yaş etmir. Buxar formasına olmasına baxmayaraq, geyimlərdəki bakteriya və virusları təmizləməyə kifayət edir. Tunelin insan sağlamlığına heç bir zərərli təsiri yoxdur.
Dezinfeksiya tunellərindən yalnız pandemiya dövrü üçün deyil, həmçinin, mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.
Yeni məhsul məktəblərin, xəstəxanaların, ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində, insanların kütləvi hərəkət etdiyi digər məkanlarda quraşdırıla bilər.
APA