Bu şəhərdə tibb işçiləri kütləvi şəkildə koronavirusa yoluxub? - RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin 90 faizi sağalaraq evə yola salınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, son günlərdə tibb işçiləri arasında yoluxma tendensiyası və artım müşahidə edilmir:

“Tibb işçilərinin onlara təqdim edilən qaydalara riayət etməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməsi nəticəsində yoluxma sayı azalıb. Gəncə şəhərində kütləvi şəkildə tibb işçilərinin koronavirusa yoluxması barədə yayılan məlumatlar yalandır. Gəncədə dezinfeksiya stansiyasının işçiləri arasında yoluxma olub və rəqəm o qədər də böyük deyildi”.

DİGƏR XƏBƏRLƏR

Top