Daha 50 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi, 40 nəfər sağaldı


Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, 40 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1365 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılmışdır.

DİGƏR XƏBƏRLƏR

Top