Bakıda eyni yolda ikinci dəfə çökmə oldu - FOTO/VİDEO


Bakıda avtomobil yolu çöküb.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Mehdi Abbasov küçəsində baş verib.

Asfaltın çökməsi nəticəsində yolun bir hissəsində hərəkət dayanıb.

İlkin ehtimala görə, çökmənin baş verməsinə səbəb yer altında olan su borusunun partlamasıdır.

Xatırladaq ki, bir müddət əvvəl eyni ərazidən təxminən 10 metr məsafədə də yol çökmüşdü.


DİGƏR XƏBƏRLƏR

Top