ABŞ-ın Miçiqan ştatında məhdudiyyətlərə qarşı silahlı etiraz


ABŞ-ın Miçiqan ştatında qoyulmuş məhdudiyyət silahlı etirazlara səbəb olub. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar silahlarla Michiqan ştatında yerləşən Konqres binasına giriblər. 15 apreldən bu vaxta kimi Miçiqan ştatında keçirilmiş etiraz aksiyaları arasında ən böyüyü dünən qeydə alınıb. Bir senator binaya daxil olan etirazçıların şəkillərini paylaşaraq bəzi həmkarlarının bronjilet geyindiyini vurğulayıb.
Qeyd edək ki, etirazçılar konqres binasına girdiyi vaxt ştatın qubernatoru Qreçen Uitmer, koronavirusa qarşı görülən tədbirlərin uzadılması ilə bağlı iclasda iştirak edirmiş. Çəkilmiş şəkillərdə etirazçıların iclasın keçirildiyi mərtəbəyə enməyə cəhd etdikləri, ancaq təhlükəsizlik xidməti tərəfindən onların qarşısının alınması görülüb. 
Gün ərzində konqresin respublikaçı senatorları koronavirusa qarşı alınan tədbirlərin uzadılmasını rədd ediblər. Ştat başçısı Qreçen Uitmer isə səlahiyyətlərinin azaldılması ilə bağlı məhkəməyə verilib. 
Miçiqan polisi öz növbəsində aksiyada iştirak edənlərdən sadəcə bir nəfərin saxlanıldığı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top