Dünya “COVID-19”dan sonra “Locust-19” təhlükəsi ilə qarşı-qarşıyadı


Mütəxəssislər dünyanı yeni təhlükə ilə bağlı xəbərdarlıq ediblər.
Yeniavaz.com xəbər verir ki, “Covid-19” koronavirus epidemiyasının dünyada yayıldığı bugünlərdə yeni bir təhlükə - çəyirtkələrin işğalı baş qaldırıb.
Dünya koronavirusla mübarizə apardığı bir zamanda Şərqi Afrika ölkələri çəyirtkələrlə mübarizə aparır. BMT xəbərdarlıq edib ki, çəyirtkələrə qarşı tədbir görülməsə yaxın zamanlarda onların sayı 20 dəfə arta bilər. Çəyirtkələrin sayının 1,9 trilyona çatacağı və təxminən 2 milyon kvadrat metr əkin sahəsini məhv edəcəyi barədə xəbərdarlıq edilib. Belə bir vəziyyət yoxsul Afrika ölkələri üçün fələkat olacaqdır. Əkin sahələri məhv olarsa bu 130 milyon insanın aclıqla üz-üzə qalması deməkdir.
Afrika İnkişaf Bankı çəyirtə fəlakətini “Covid-19” koronavirus pandemiyası ilə müqayisə edərək ona  “Locust-19” (ingilis dilində çəyirtkə deməkdir) adını qoyub.

DİGƏR XƏBƏRLƏR

Top