Koronavirusun yeni mutasiyası ortaya çıxdı - Daha tez yoluxur


Malaziyada yeni növ koronavirusun daha tez yayılan növü aşkarlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Malaziyanın Səhiyyə direktoru Noor Hişam Abdullah ölkədə mutasiyaya uğrayan yeni növ koronavirus tapdıqlarını açıqlayıb. Bu günə qədər 120 nəfərin həmin virusa yoluxduğunu deyən Malaziyanın Səhiyyə direktoru, COVID-19-un mutasiyaya uğrayan növünün olduqca təhlükəli olduğunu açıqlayıb:
"Bizdə baş verən yoluxmalar daha çox Uhan şəhərində yayılan B növünə bənzəyir. Virusun A növu ABŞ-da C növü isə Avropada yayılıb. Biz araşdırmalar zamanı COVID-19-un mutasiyaya uğramış yeni növünü ortaya çıxardıq. Mutasiyaya uğramış bu növ, həmin xəstəliyin orqanizmə daha tez yoluxmasına səbəb olur”.
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top