"İş adamlarının "AtaBank" və "Amrahbank"da pullarının qalmasına təəssüf edirəm"


Lisenziyaları ləğv edilmiş AtaBank və Amrahbankda iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər.

Marja-nın məlumatına görə, bu gün keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir:
“Təssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək”.

DİGƏR XƏBƏRLƏR

Top