Mərkəzi Bank faizlə bağlı QƏRARINI AÇIQLADI


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib, aşağı həddi isə 6,75% saxlanılıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə iyunun 19-da baxacaq. 
 

DİGƏR XƏBƏRLƏR

Top