
Rusiyanın baş naziri Mixail Mişutsin yeni növ koronavirusa yoluxub.
Yeniavaz.com xəbər verir ki, COVID-19 testləri müsbət çıxan Mişutsin videobağlantı vasitəsilə Putini məlumatlandırıb. O bildirib ki, hazırda yoluxduğu xəstəliyin yayılmaması üçün izloyasiya tədbirləri görür. İşlə bağlı danışıqlarını isə ancaq telefon vasitəsilə aparır. Putin isə cavabında bu haldan təəssüfləndiyini və ona tezliklə sağalıb işə qayıtmasını arzuladığını bildirib. Baş nazirin səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq birinci müavin Andrey Belousova tapşırılıb.
eyd edək ki, hazırda Rusiyada 106 min 498 koronavirus xəstəsi var, 1073 nəfər isə həmin virus səbəbilə dünyasını dəyişib. Dünyada isə 3 milyon 308 min 901 nəfər COVID-19-a yoluxub, 234 min 133 nəfər isə dünyasını dəyişib.
Ruslan Yusibov