Futbolçular yol polisi ilə "siçan-pişik" oynadı, axırı pis qurtardı - VİDEO


Rusiyanın Krasnodar şəhərində futbolçuların iştirakı ilə kütləvi yol qəzası törədilib.

İnsidentin səbəbkarı qırmızı BMW olub. Bu avtomobilin sürücüsü polisin "dayan" əmrinə məhəl qoymayıb və hüquq-müfafizə orqanlarının maşını qovması nəticəsində belə hadisə baş verib. İnsidenti videokameralar da qeydə alıb.

Məlum olub ki, avtomobil hazırda Estoniyanın "Nımme Kalyu" komandasında çıxış edən Amir Natxoya məxsusdur. 24 yaşlı yarımmüdafiəçi İsrail millisinin futbolçusu, Rusiyada MOİK və "Rubin" klublarındakı çıxışı ilə tanınan Bibras Natxonun qardaşıdır. Sükan arxasında isə o yox, Maykop "Drujba"sının sabiq oyunçusu Alan Xakonov olub. A.Natxo maşınını sürməyi A.Xakonova etibar edərək, özü də sərnişin kimi oturub.

Hadisədən sonra sürücü polisdən yayınmağa çalışsa da, tezliklə tutulub. 
 


 



Report

DİGƏR XƏBƏRLƏR

Top