Norveç bu il iyun - dekabr aylarında neft hasilatını azaldacaq


Norveçin Neft və Energetika Nazirliyi bildirib ki, Norveç 2020-ci ilin iyun - dekabr aylarında neft hasilatını azaldacaq.

AZƏRTAC Qərbi Avropada neftin ən böyük istehsalçısı olan Norveç hökumətinin dəftərxanasının press-relizinə istinadən xəbər verir ki, Norveçin Neft və Energetika naziri Tina Bru deyib: “Biz neft hasilatını iyun ayında gündə 250.000 barel və 2020-ci ilin ikinci yarısında gündə 134.000 barel azaldacağıq. Bundan başqa, bir neçə yataqda hasilat 2021-ci ilə qədər təxirə salınacaq”.

Xatırladaq ki, Neft ixrac edən ölkələr birliyi, Rusiya, Qazaxıstan, Azərbaycan və bəzi başqa ölkələrin daxil olduğu OPEK+ qrupu çərçivəsində may və iyun aylarında neft hasilatın gündə 9,7 milyon barel azaldılması qərara alınıb.

Razılaşmada OPEK+ qrupuna daxil olmayan ABŞ, Kanada, Braziliya və Norveç kimi istehsalçılar hasilatı gündə daha 5 milyon barel azaltmağa çağırılır.

Qeyd edək ki, fevralda Norveçdə neft hasilatı gündə 1,75 milyon barel təşkil edirdi. Bu, bir il əvvəlki göstəricidən 26% çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top