Rusiyanın baş naziri koronavirusa yoluxdu


Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxub.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumat verərkən bildirib.

Qeyd edib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq birinci müavin Andrey Belousova tapşırılıb.

Xatırladaq ki, Rusiyada bu günədək 106 498 nəfər koronavirusa yoluxub, onlardan 1 073-ü ölüb. Ölkədə indiyədək 11 619 nəfər infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

DİGƏR XƏBƏRLƏR

Top