ABŞ-da pandemiya qurbanlarının sayı 61 mini ötdü

ABŞ-da son bir gündə daha 2 637 nəfər koronavirusdan ölüb.

Bu barədə yerli və federal hakimiyyət orqanlarının, KİV və başqa mənbələrin statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Bununla da Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 61 005-ə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)

DİGƏR XƏBƏRLƏR

Top