Pandemiya ilə əlaqədar 260 məhkum şərti azadlığa buraxılıb - RƏSMİ


Koronavirusla bağlı 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Bu barədə Ədliyyə Nazirliyinin keçirdiyi videokonfransda nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

A.Sabitova bildirib ki, pandemiya dövründə vətəndaşlarla görüşlər dayandırılıb və məhkumlar tibbi avadanlıqlarla təmin olunub:

“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azad olunub. Eyni zamanda, 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb”. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top