17 yaşlı Qreta Tunberq koronavirusla mübarizəyə 100 min dollar bağışladı


İsveçli iqlim fəalı Qreta Tunberq koronavirusla mübarizəyə dəstək olmaq üçün UNICEF-ə (United Nations International Children’s Emergency BMT-nin Uşaq Fondu‎) 100 min dollar ianə edib.
Yeniavaz.com
Türkiyənin “sözcü” qəzetinə istinadla xəbər verir ki, qlobal istiləşmə ilə apardığı mübarizə ilə məşhurlaşan 17 yaşlı Qreta, Danimarkada fəaliyyət göstərən “Human Act” adlı qeyri-hökumət təşkilatı tərəfindən ona verilmiş 100 min dolları UNICEF-ə bağışladığını elan edib. O bildirib ki, qlobal istiləşmə kimi koronavirus pandemiyası da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran bir xaosdur: “Pandemiya indi və gələcəkdə bütün uşaqlara təsir edəcək. Hər kəsi mənə qoşulmağa və UNICEF-ə dəstək olmağa dəvət edirəm”.
Qeyd edək ki, Qreta Tunberq 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top