“Dərs vaxtı”nın 1 may cədvəli müəyyənləşdi

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 1-nə olan cədvəli açıqlanıb.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:55-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika; 11:45-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:20-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:00-da II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:30-da I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri, 14:00-da Məktəbdənkənar fəaliyyət olacaq.
Rus bölməsi üçün 14:10-da -Məktəbəhazırlıq; 14:20-də I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:50-də VII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:30-da IX sinif şagirdlərinə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

DİGƏR XƏBƏRLƏR

Top