Almaniya tarixində ən çətin dönəmi yaşayır


Almaniyada hökuməti bu günə qədər ən böyük iqtisadi daralma gözləyir. İqtisadiyyat bu il 6.3 faiz azalacaq. Vergi gəlirləri 82 milyard avro düşəcək.
Yeniavaz.com
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirus səbəbindən Almaniyanı yarandığı gündən bəri iqtisadiyyat tarixində ən böyük böhranı gözləyir.
Hökumət 356 milyard avro borc almalı olacaq. İqtisadiyyat 2021-ci ildə yenidən yüksəlməyə başlayacaq. Lakin 2020-ci ildə ziyanı tamamilə ödəyə bilməyəcək. İqtisadiyyatın sərtləşməsi, koronavirus böhranı səbəbilə evdə və xaricdə edilən sərt tədbirlərlə əlaqədardır.
Digər tərəfdən, Almaniyada koronavirusa yeni yoluxma sayı da azalmaqdadır. Robert Kox İnstitutunun məlumatlarına görə, say 18 min artaraq 155 193-ə çatıb.
Ölənlərin sayı 110 artaraq 5750-ə çatıb. Sağalanların sayı bir gündə 2500 artaraq 114 500-ə çatıb. Aktiv virus daşıyan xəstələrin sayı 40 693-dür.

DİGƏR XƏBƏRLƏR

Top