Erməni səfir: "İran Ermənistana 60 nəfərlik yeni heyət göndərib"

 
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan iki ölkə arasında elektrik enerjisinin mübadiləsi sahəsində ortaq layihə həyata keçirildiyini bildirib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni səfir koronavirus pandemiyasına baxmayaraq iki ölkə arasında enerji sektorunda layihələrin həyata keçirilməsi prosesinin davam etdiyini bildirib.
Səfir qeyd edib ki, İran və Ermənistan arasındakı ortaq layihələr icra olunmağa davam edir: “İran Ermənistana 60 nəfərlik yeni heyət göndərib. Bu heyət iki ölkə arasındakı üçüncü elektrik xəttinin inşası işləri ilə bağlı işləri icra edəcəklər. Tərəflər Ermənistana 1000 meqavat (MVt) qədər elektrik enerjisi ixracına imkan verən üçüncü elektrik xəttinin inşasını başa çatdırmaq barədə razılığa gəldilər”.
Eyni zamanada bildirilib ki, Ermənistan da İrana elektrik enerjisi ixrac edir və bunun qarşılığında İran tərəfdən təbii qaz alır․

DİGƏR XƏBƏRLƏR

Top