Bu ölkədə maskasız çölə çıxanlara küçədə “jim” etdirirlər - FOTO


Koronavirus qaydalarına riayət edilməməsinə görə tətbiq edilən qəribə cəzalara daha bir yenisi əlavə olunub.
Yeniavaz.com
Türkiyənin “Sözcü” qəzetinə istinadla xəbər verir ki, söhbət İndoneziyaya məxsus Bali adasından gedir. Adada fəaliyyət göstərən polislər maskasız küçəyə çıxanlara “jim” elətdiriblər. Bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
Həmçinin bildirilir ki, ölkədə rəsmi olaraq belə bir cəza növü yoxdur. Koronavirus qaydalarına riayət edilməməsinin cəzası icbari işlərdə işləmək və ya 5 kiloqram düyünün maliyyətini ödəməkdən ibarətdir. Polislərin vətəndaşlara “jim” elətdirməsi isə onların şəxsi qərarı olub. Lakin bir çox qurum bunun təhqiredici olduğunu bildirib.
Qeyd edək ki, iqtisadiyyatının 80 faizi turizmdən asılı olan Bali adası pandemiya dövründə ağır yara alıb. Rəsmi rəqəmlərə əsasən adada 215 nəfər  bu virusa yoluxub və 4 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top