Almaniya "Hizbullah"ı terror təşkilatı elan etdi


Almaniya Livanın hərbi təşkilatı və siyasi partiyası olan "Hizbullah"ı terror təşkilatı elan edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasında "Hizbullah" qanunsuz elan edilərək fəaliyyətinin sonlandırıldığı, eyni zamanda terror təşkilatı olduğu elan olunub. Polis səhər saatlarında ölkədə müxtəlif adreslərə basqın edərək "Hizbullah" tərəfdarlarını saxlayıb. Almaniya təhlükəsizlik qüvvələri ölədə təxmini 1050 "Hizbullah" üzvünün olduğunu bildirib.
Almaniya daha əvvəl "Hizbullah"ın hərbi və siyasi qanadını ayırmışdı.
Qeyd edək ki, "Hizbullah" (ərəbcə - Allahın ordusu) Livanın siyasi və hərbi qanada malik şiə inanclı insanların partiyasıdır. "Hizbullah" İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılıb. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır.

DİGƏR XƏBƏRLƏR

Top