Bu ölkədə 17 milyondan çox insan təmiz suya möhtac olsa da, koronavirusa yoluxan yoxdur


Yəməndə 17 milyondan çox insanın içməli su və müasir kanalizasiya xidmətlərindən istifadə imkanları yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi “Twitter” səhifəsində məlumat yayıb.
Təşkilat yeni növ koronavirus pandemiyasının davam edən təhlükəsi qarşısında əhalinin təmiz su ilə təmin olunmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
27 aprel bazar ertəsi günü Yəmən Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxmuş yeganə şəxsin sağalaraq evə buraxılması haqda məlumat verib. Maraqlıdır ki, qurumdan ölkədə bundan əlavə, yoluxma hallarının qeydə alınmadığı bildirilib.
Qeyd edək ki, bundan öncə BMT-nin Humanitar Yardım Koordinasiya İdarəsi Yəməndə yeni növ koronavirusun yayıldığını, lakin hələ aşkarlanmadığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top