Erməni vitse-spiker bloqeri vurmasından danışdı - FOTO


Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan müxalif bloqer Artur Danielyanla əlbəyaxa davadan danışıb.

Vitse-spiker bildirib ki, o, öz ünvanına ədəbsiz söyüşü eşidərək bloqerin burnuna başı ilə vurub.

Vitse-spiker “facebook”dakı videomüraciəti zamanı bildirib ki, Yerevanda küçədə bloqerlə qarşılaşıb. O, salam versə də, bunun cavabında anasının ünvanına söyüş eşidib.

"Bundan sonra mən Danielyana yaxınlaşdım. Dedim ki, onun haqqında analoji fikirdəyəm və başımla burnuna vurdum", - Simonyan bildirib.

Vitse-spiker əlavə edib ki, hadisə vaxtı üç nəfər ona qarşı çıxıb. Bu zaman dava başlaylb və ona zərbələr endirilib.

"Belə reaksiya verməyin lazım gəldiyinə təəssüf edirəm, amma mən təhqiri eşitməməklə bağlı riyakarlıq edə bilmirdim. Problem görmürəm və məsuliyyət daşımağa hazıram", - parlament üzvü deyib.

Report

 

DİGƏR XƏBƏRLƏR

Top