Haiti Prezidenti: "Koronavirusdan sonra bizi aclıq gözləyir"


"Yeni növ koronavirus səbəbindən yaranan böhranın aradan qaldırılması üçün tədbirlər görülməsə, Haitini aclıq gözləyir".
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Haiti Prezidenti Jovenel Moiz xalqa müraciətində deyib.
"Açıq-aşkar bəllidir ki, aclıq qaçınılmazdır. Artıq işsizlərimizin sayı həddən artıq çoxalıb. Bütün dünya tənəzzül keçirir, buna görə də ölkələr biznesi yenidən aktivləşdirmək üçün çalışacaqlar. Əgər biz koronavirusun yayılmasından sonra yaranacaq vəziyyətə hazır olmasaq, bununla bağlı tədbirlər görməsək, o zaman bizim böyük problemimiz olacaq”- deyə, prezident bildirib.
Qeyd edək ki, Dünya Bankının məlumatına  görə, Haiti dünyanın ən kasıb ölkələrindən biridir. Ölkənin 35 faizi aclıqdan əziyyət çəkir.
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) daha əvvəl öz hesabatında, Haitidə ən ciddi qida böhranının 2019-cu ildə baş verdiyini bildirmişdi. Mütəxəssislərin fikrincə, böhran ölkə əhalisinin 35% -nə təsir etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top