
ABŞ-da aparılan bir araşdırma ilə bədəndə hələ simptomlar göstərməyən xərçəng xəstəliyinin qan testi ilə daha əvvəl aşkar edilə biləcəyini ortaya çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə akademik "Science" jurnalına əsaslanan hesabatda qeyd olunub.
Testin inkişaf etdirilməsinə kömək edən Con Hopkins Universitetinin alimlərindən Nikolas Papadopulos bildirib ki, test yalnız 65-75 yaş qrupundakı qadınlar və kişilərdə aparılıb, daha aydın nəticə əldə etmək üçün müxtəlif yaş qruplarında sınaqdan keçirilməlidir.