Baş nazirin müavini seçilməyən Saakaşviliyə daha bir vəzifə təklif olundu


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada Milli İslahatlar Şurasına qoşulmağa dəvət olunub.
Yeniavaz.com
"RBC-Ukrayna"ya istinadən xəbər verir ki, M.Saakaşvili Milli İslahatlar Şurasına təyinat məsələsi ilə bağlı Prezident Aparatında görüşlər keçirib.
"Baş nazir müavini vəzifəsinə təyin olunmasında yaranan çətinliklər səbəbindən Saakaşvilinin Milli İslahatlar Şurasına qoşulma variantı nəzərdən keçirilir" - deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə aprelin 22-də Baş nazir müavini olmağı təklif etmişdi. Təklifi qəbul edən Saakaşvili, Xalqın Xidmətçisi Partiyasının deputatları ilə görüşməyə başladı. Mediada yayılan məlumatlara görə, o, bu vəzifəyə təyin olunması üçün 248 deputat arasından təqribən 140-170 arası səs toplaya bilib. Bu da həmin vəzifə üçün kifayət deyil.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top