
ABŞ-da yeni növ koronavirusdan ölənlərin sayı Vyetnam müharibəsində həlak olan amerikalıların sayını üstələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat paylaşıb.
ABŞ-da virusa görə ölənlərin sayı 58350 nəfəri keçib. Amerika Milli Arxiv qeydlərinə görə isə Vyetnam müharibəsində ölən Amerikalıların sayı 58200 nəfər idi.
Qeyd edək ki, ABŞ-da COVID-19 səbəbilə ölüm statistikası 100 min nəfərə 17,6 nisbətindədirsə, Vyetnam müharibəsinin ən gərgin olduğu 1968-ci ildə 100 min nəfərə 8,5 amerikan əsgəri qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz