Dünyada koronavirusla bağlı son vəziyyət açıqlanıb


Son sutka ərzində dünyada koronavirus infeksiyasına 68 mindən çox insan yoluxub.

Yeniavaz.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bu barədə yaydığı məlumatda son bir gündə təxminən 5,6 min nəfərin bu virusun qurbanı olduğu bildirilir.
Son statistikaya görə, dünyada 3 milyon 138 min 903 nəfər yeni növ koronavirusa yoluxub, 2178 min 010 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 68 min 746 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5 min 633 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 milyon 322 min 470 yoluxma və 126 min 385 ölüm. Sutka ərzində burada yoluxanların sayı 23 min 768, ölənlərin sayı isə 2 min 388 nəfər artıb.
Şimali və Cənubi Amerikada virusa yoluxanların ümumi sayı 1 milyon 179 min 607 nəfər təşkil edir, indiyədək 60 min 211 nəfər də ölüb.
ÜST-ün son məlumatına görə, ən çox yoluxanlar ABŞ-dadır – 1 milyon 030 min 315 nəfər. Onun ardınca İspaniya (232 min 128), İtaliya (201 min 505), Fransa (165 min 145), Böyük Britaniya (161 min 145) və Almaniya (159 min 431) gəlir.

DİGƏR XƏBƏRLƏR

Top