Rusiyada qeyri-iş günləri mayın 11-dək uzadılıb


Rusiya Prezidenti Vladimir Putin qeyri-iş günlərinin mayın 11-dək uzadıldığını elan edib.

AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Putin xalqa növbəti müraciətində ölkədə koronavirus epidemiyasının yayılması ilə mübarizə çərçivəsində qeyri-iş günlərinin mayın 11-dək uzadıldığını bildirib. Eyni zamanda, Nazirlər Kabinetinə Rusiyanın karantindən mərhələlərlə çıxması planını hazırlamaq tapşırılıb.

Dövlət başçısı qeyd edib ki, ölkənin karantindən bir gündə çıxması mümkün deyil, çünki qarşıda hələ çətin və mürəkkəb yol keçilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top