ÜST: "Xəbərdarlıqlarımıza diqqət edən ölkələr daha yaxşı vəziyyətdədir"


Çində meydana gələn və dünya miqyasında 3 milyondan çox insanı yoluxduran, eləcə də 200 mindən çox insanın ölümünə səbəb olan koronavirus pandemiyası hələ də öz güclü təsirini göstərməkdə davam edir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı(WHO) baş direktor Tedros Adhanom Qebreyesusun rəhbərliyi ilə İsveçrənin Cenevrə şəhərində yerləşən baş ofisində internet üzərindən video konferans təşkil edib. 
Konfransda təşkilatın baş direktoru Latın Amerikası, Qərbi Avropa, Afrika və bəzi Asiya ölkələrində  artan riskdən narahat olduqlarını bildirib. O, eyni zamanda pandemiyanın bitmə nöqtəsindən uzaqda olduğunu qeyd edib. 
Qebreyesus, bu bölgələrdəki ölkələrdə korona virusa yoluxma və ölüm sayının aşağı olmasının səbəbini testlərin az olması ilə əlaqələndirib. Onun sözlərinə görə əslində bu regionda ölüm və yoluxma sayı açıqlanan rəqəmlərdən çoxdur. 
ÜST rəhbəri, koronavirus səbəbindən dünyada çox insanın dünyasını dəyişdiyinə toxunaraq, təşkilatın, digər səhiyyə xidmətləri, xüsusilə uşaqlar üzərindəki təsirindən narahatlığını bildirib: "Uşaqlar bu xəstəlikdən ən az zərər çəkən tərəf olsa da, digər yoluxucu xəstəliklərdə yüksək risk altında ola bilərlər".
Təşkilat rəhbəri 30 yanvarda elan edilmiş ölkələrarası ictimai sağlamlığı qorumaq üçün çalınan həyəcan təbilini diqqətə çatdıraraq, bu müddət ərzində Çin xaric, 82 ölkədə yoluxma faktının görüldüyünü və yoluxma halı aşkarlanan ölkələrdən yalnız 10-nun Avropanın payına düşdüyünü qeyd edib. 
O, çıxışı əsnasında bu sözləri də vurğulayıb: "Biz ölkələrə yalnız tövsiyə edə bilərik. Tövsiyələrin həyata keçirilib keçirilməməsinə qarışmaq səlahiyyətimiz yoxdur. Dünya ÜST-ün xəbərdarlıqlarına diqqətlə yanaşmalı idi".

DİGƏR XƏBƏRLƏR

Top