Azərbaycan neftinin qiyməti yenidən kəskin ucuzalaşdı – SON RƏQƏMLƏR


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 28 aprel tarixində 12,6% və ya 2,35 dollar ucuzlaşaraq 16,25 dollar olub.
Yeniavaz.com 
xəbər verir ki, "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə bir həftə əvvəl – 22 aprel tarixində 15,8 dollara düşərək anti-rekorda “imza atıb”.
Bundan əvvəl isə "Azeri Light" markalı  neftinin qiyməti bu ilin aprel ayının əvvəlində ən aşağı səviyyəyə düşüb. Aprel ayının 2-də "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 16,5 dollar olub.
Onu da bildirək ki, "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2% bahalanaraq hazırda 1 barelə görə 20,4 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 5% ucuzalşaraq hazırda 1 barelə görə 12 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top