Bankların mənfəət və zərəri açıqlandı – TAM SİYAHI


Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-nün 2020-ci ilin 1-ci rübü üçün maliyyə nəticiləri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin 1-ci rübü ərzində ən çox mənfəət əldə edən bank “Kapital Bank” olub.  “Kapital Bank”ın rüblük mənfəəti 74 milyoin 893 min manat təşkil edib. Ən az mənfəət isə “Bank Avrasiya”da qeydə alınıb  -  145 min manat.
Banklar arasında ən çox zərər “Yelo Bank”da (keçmiş “Nikoil Bank”) qeydə alınıb. Son 3 ayda “Yelo Bank”ın zərəri 6 milyon 255 min manat olub. Ən az zərər isə “Pakistan Mərkəzi Bankı”nın Bakı filialında olub – 135 min manat.
Yeddi bankın maliyyə nəticələri isə hələ açıqlanmayıb. Maliyyə nəticələri açıqlanmayan banklar arasında dünən Mərkəzi Bankın qərarı ilə müvəqqəti inzibatçılar təyin olun “AtaBank”, “Amrahbank” və “NBC Bank” da var. Müvəqqəti inzibatçılar təyin olun daha bir bankın - “AGbank”ın son 3 aydakı zərəri 1 milyon 9 min manat olub.
Banklar Mənfəət
(manat)
Zərər
(manat)
“Kapital Bank” 74 893 000  
“Beynəlxalq Bank” 51 049 000  
“Azərbaycan
Sənaye Bankı”
7 689 000  
“Premium Bank” 6 055 000  
“Unibank” 6 321 000  
“Paşa Bank” 3 480 000  
“Bank Respublika” 2 900 000  
“Accessbank” 2 475 000  
“Naxçıvanbank” 2 177 000  
“Bank of Baku” 1 968 000  
“Rabitəbank” 1 129 000  
“Günaybank” 1 076 000  
“Bank BTB” 762 000  
“Turanbank” 645 000  
“Ziraat Bank Azərbaycan” 612 000  
“Azər-Türk-Bank” 376 000  
“Bank Melli İran” 234 000  
“Bank Avrasiya” 145 000  
“Yelo Bank”   6 255 000
“Muğanbank”   1 300 000
“AGbank”   1 009 000
“Yapı Kredi Azərbaycan”   656 000
“Pakistan MB” Bakı filialı   135 000
“AtaBank”    
“Amrahbank”    
“AFB Bank”    
“Bank VTB”    
“Expressbank”    
“Xalq Bank”    
“NBC Bank”    
 

DİGƏR XƏBƏRLƏR

Top