Xəstəxananın həyətində avtomobil yanıb - FOTO/VİDEO


Bu gün Mingəçevir şəhərində avtomobil yanıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.
“Opel” markalı minik avtomobili qəfil alovlanmağa başlayıb.
Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yararsız hala düşən avtomobil xəstəxanada çalışan feldşer Mütəllimovov Razilə məxsusdur. Avtomobilin sahibi maşını yeni aldığını bildirib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top