ABŞ UNO olduğu iddia edilən video görüntülər yayımladı - VİDEO


ABŞ Müdafiə Nazirliyi UNO olduğu iddia edilən video görüntülər yayımladı. 
Yeniavaz.com
xəbər verir ki, Pentaqon görüntüləri “naməlum hava fenomeni” adı altında rəsmi olaraq yayımlayıb.
İnfraqırmızı kamera ilə qeydə alınan görüntülərdə naməlum obyektlərin həddən artıq sürətlə hərəkət etdiyi görülür. Eyni zamanda pilotların həyəcanlı reaksiyaları da eşidilir.
"İctimaiyyətdə anlaşılmazlığın qarşısını almaq üçün bu videoları paylaşırıq. Bu videonun gerçək olub-olmadığı ilə bağlı iddialara son qoymaq istəyirik. Bölmələrimiz tərəfindən intensiv olaraq araşdırıldıqdan sonra bu videolarda həssas məzmunun olmadığını gördük" - deyə, Pentaqon sözçüsü Syu Qof qeyd edib. 
Sözügedən videoların illər əvvəl də internetdə yayımlandığını vurğulayan Syu Qof, videolardan birinin 2004-cü ildə, digər ikisinin isə 2015-ci ilin yanvar ayında çəkildiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top