Ermənistanda koronavirusdan ölənlərin sayı artıb


Ermənistanda koronavirusdan ölənlərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, ölkədə virusa yoluxanların sayı daha 59 nəfər artaraq 1 867-yə, ölənlərin sayı isə 1 nəfər artaraq 30-a yüksəlib.
Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, ölkədə bir gündə 62 yoluxma faktı və 1 ölüm qeydə alınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top