
Misirdə fövqəladə vəziyyət rejiminin müddəti daha 3 ay uzadılıb.
Yeniavaz.com xəbər verir ki, bunla bağlı məlumat dövlətin rəsmi qəzetində dərc olunub.
Bildirilib ki, 28 aprel saat 01:00-dan başlayaraq ölkədə 3 aylıq müddətə fövqəladə vəziyyət rejimi uzadılıb.
Fövqəladə vəziyyət rejiminin silahlı qüvvələr və təhlükəsizlik orqanları, terrorla mübarizə, ölkədə təhlükəsizliyin qorunması, dövlət və özəl mülklərin qorunması, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə uzadıldığı bildirilib.
Qərara tabe olmayanların həbs olunacağı qeyd olunub.
Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 9 aprel 2017-ci ildə İskəndəriyyə və Tanta şəhələrində baş verən terror aktlarına görə tətbiq olunub.
Həmin terrorlarda 50 nəfər ölmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz