Dərs ili müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ AÇIQLAMA


"Dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək öz həllini tapa bilər. Bu gün üçün bütün ölkələrin təcrübələri nəzərə alınaraq qərarların qəbul edilməsində rol oynaya bilər. Ümumilikdə isə mövcud real vəziyyət yerli kontent nəzərə alınmaqla müddətlə bağlı qərar veriləcək".
Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indidən hansısa tarix barədə məlumat vermək düzgün olmaz: "Qərarlar qəbul edilərkən bir sıra yeni normativlər və real şərait nəzərə alınacaq.

DİGƏR XƏBƏRLƏR

Top