IV kurs oğlan tələbələrin əsgərlik məsələsi necə olacaq? - Nazirdən AÇIQLAMA


“Nəzərdə tutulmuş müddət ərzində bu tələbələr təhsillərini başa vura bilməsələr, onlara imkanın yaradılması ilə bağlı biz hökumət qarşısında məsələ qaldıracağıq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, sözügedən tələbələrin tamamlaya bilmədikləri təcrübələrlə bağlı bir sıra güzəştlər də nəzərdə tutulur: “Son kurs tələbələrinin əksəriyyəti fevral ayından etibarən istehsal təcrübəsində idilər. Amma onların bir çoxu bu təcrübəni bitirə bilmədi, çünki onların təcrübə keçdikləri sahələrə də məhdudiyyətlər tətbiq olunmuşdu. Biz bu məsələ ilə bağlı rektorlarla müzakirə apardıq. Hesab edirik ki, istehsal təcrübəsi ilə bağlı bir sıra güzəştlər edilə bilər. Bir qayda olaraq tələbələrin hərbi çağırışla bağlı məsələləri hər rübün ikinci ayında baş verirdi. Yaz aylarındakı proses biraz dəyişdi, aprel ayında olan çağırış may ayına keçirildi. Növbəti çağırışın iyul ayında olması planlaşdırılır. Nəzərdə tutulmuş müddət ərzində bu tələbələr təhsillərini başa vura bilməsələr, onlara imkanın yaradılması ilə bağlı biz hökumət qarşısında məsələ qaldıracağıq”.

DİGƏR XƏBƏRLƏR

Top