ABŞ sahillərində onlarla neft tankeri toplanıb - VİDEO


Artıq bir neçə gündür ki, ABŞ-ın Kaliforniya ştatının sahillərində onlarla neft tankeri toplanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat yayan ABŞ Sahil Mühafizəsi vəziyyəti anomal qiymətləndirib.
"Liman nəzarətçiləri və hərbçilər davamlı olaraq vəziyyətə nəzarət edir, digər gəmilərin, ətraf mühitin təhlükəsizliyini təmin edirlər" - deyə, komandir Marşal Nyubery qeyd edib.
"Los Angeles Times"-ın verdiyi məlumata görə, Kaliforniyada yığılan tankerlərin anbarlarında dünyada gündəlik neft istehlakının 20% -dən çoxu var.  Gəmilərin səkkiz gündən çox müddətə lövbər olunduğu və 20 milyon bareldən çox neftin olduğu bildirilir.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, neft bazarının həddindən artıq dolması səbəbi ilə quruda saxlanc yerləri qalmayıb. Treyderlər də məcbur qalıb xammalı saxlamaq üçün tankerləri icarəyə götürürlər.
Buna görə də, bu vəziyyət tanker şirkətləri üçün olduqca sərfəlidir. "Nordic American Tankers" şirkətinin təsisçisinin sözlərinə görə, bugünə qədər belə güclü bazar olmayıb və indi balansı artıraraq çox pul qazanmağın vaxtıdır. 
Qeyd edək ki, koronavirus pandemoyasına görə dünya üzrə neftə olan tələbat azalıb və anbarlar sürətlə dolmağa başlayıb. Ötən həftə ABŞ Energetika Nazirliyi ehtiyatların həcminin 518,6 milyon barelə qədər artdığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top