Karantin rejimi növbəti mərhələdə bu tarixdən yumşaldıla bilər - Baş infeksionist


Xəstəliyin dinamikası azalan fazada davam edərsə, karantin rejiminin yumşaldılmasının növbəti mərhələsinə 4 mayda keçilə bilər.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, hər şey vətəndaşların növbəti mərhələdəki qaydalara əməl etməsindən asılı olacaq:

“Hamımız qaydalara nə qədər çox riayət etsək, növbəti mərhələlərə keçid bir o qədər tez olacaq”.

Qeyd edək ki, bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb.

DİGƏR XƏBƏRLƏR

Top