Bərdədə avtomobillər toqquşdu - iki qardaş öldü


Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köbər kəndi ərazisində baş verib.

Rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi  “VAZ 2107” həmyerlisi, 1980-cı il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan” markalı avtomobilin sürücü E. Cəfərov hadisə yerində, sərnişini olan qardaşı Seymur Cəfərov isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top