ABŞ-da koronavirusa yoluxanların sayı 950 mini ötdü


ABŞ-da koronavirusdan 54 mindən çox insan ölüb.

Bu barədə yerli və federal statistika əsasında hesablamalar aparan Con Hopkins Universiteti xəbər verib.

Qeyd edilir ki, ölkədə COVID-19-a 954 182 nəfər yoluxub, 54 573 nəfər pandemiyanın qurbanı olub. Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxanların və virusdan ölənlərin sayı üzrə liderdir.  

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 2 804 796-a çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top