Tovuzda evdə partlayış olub, bir nəfər xəsarət alıb


Tovuzda evdə partlayış baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Yaşayış evində kustar üsulla hazırlanmış qaz peçində partlayış olub. Nəticədə orta yaşlı kişi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top