Sabahın HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, səhər duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-12, gündüz  17-20, Bakıda  gecə 10-12, gündüz  17-19 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. 
Aprelin 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu  gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top