Avtomobildə yanaraq ölən sürücüyün şəxsiyyəti məlum oldu - VİDEO - YENİLƏNİB

Video əlavə olunub

***11:07
Gecə saatlarında Kürdəmir rayonunda baş vermiş yol qəzası zamanı avtomobildə yanaraq ölən sürücünün şəxsiyyəti bəlli olub.

Bu, 1960-cı il təvəllüdlü Ağdam rayon Xındırıstan kənd sakini Həsənov Vahid Yusif oğludur.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-ED-530 dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla gedib və sonra qəfil yanıb.

Faktla bağlı araşdırma aparılır.


***02:12
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “90 ED 530” dövlət nömrə nişanlı BMW markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib.

Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top