İsrailin səhiyyə naziri istefa verdi


İsrailin səhiyyə naziri Yaakov Litzman istefa ərizəsini Baş nazir Benyamin Netanyahuya təqdim edib.

Yeniavaz.com xəbər verir ki, İsrailin “13-cü kanal"ı məlumat yayıb.

Litzmanın koronavirus epidemiyası ilə mübarizədə apardığı siyasət ciddi tənqidlərə məruz qalıb. Hətta iddia olunur ki, onun istefasını baş nazir tələb edib.

Xatırladaq ki, İsrailin səhiyyə naziri özü də koronavirus infeksiyasına yoluxmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top