Bu gün 6 mindən çox test aparılıb


TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, məlumatda gün ərzində ölkədə koronavirusla bağlı 6 069 test edilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 120 479 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 25 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 617 yoluxma aşkarlanıb. Onlardan 1 080-i sağalıb, 21-i ölüb. Hazırda aktiv xəstə sayı 516-dır.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

DİGƏR XƏBƏRLƏR

Top