Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

Böyük Britaniyada koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı son 24 saat ərzində ərzində daha 813 nəfər artıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, krallıqda koronavirus pandemiyası səbəbindən ölənlərin ümumi sayı 20 319 nəfərə çatıb.

Həmçinin son 24 saat ərzində ölkədə virusa yoluxanların sayı 4 913 nəfər artaraq 148 377 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top