Rusiyalı deputat koronavirusa yoluxdu

Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Leonid Kalaşnikov COVID-19 virusuna yoluxub.

Bu haqda “İnterfax” agentliyinə o, özü məlumat verib.

“Bəli, hazırda xəstəxanadayam. Koronavirusdan müalicə olunuram”, - deyə deputat bildirib.

L.Kalaşnikov əlavə edib ki, yüksək hərarəti olsa da, hələlik süni tənəffüs aparatına qoşulmayıb.

Qeyd edək ki, son məlumata əsasən, Rusiyada 74 588 nəfərin koronavirus testi müsbət çıxıb, 681 xəstə pandemiyanın qurbanı olub.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top