Azərbaycanda bu xəstəxana dövlətə 400 minə yaxın ziyan vurub

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına 2018-ci ildə ayrılan vəsaitlərin icrası ilə bağlı audit zamanı qanun pozuntuları aşkarlanıb.

Bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında deyilir.

Auditin nəticələri Baş Prokurorluğa göndərilib. Materiallar üzrə başlanılmış cinayət işləri üzrə 368 min 900 manat ziyan vurulduğu bəlli olub.

Hesabat ilində həmin maddi ziyan tam olaraq dövlət büdcəsinə ödənilib. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top